Bank Of Baku

Norveç xarici işlər nazirinin müavini Azərbaycana gələcək

Norveç xarici işlər nazirinin müavini Azərbaycana gələcək
# 27 sentyabr 2008 09:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Norveç xarici işlər nazirinin müavini Raymond Yohansen Azərbaycana işgüzar səfər edəcək. Norveçin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər regional turne çərçivəsində həyata keçiriləcək. Nazir müavini Azərbaycan Xarici İşlər Nazirliyində olacaq, Bakıda akkreditə olunmuş Avropa ölkələrinin səfirləri, siyasi partiya nümayəndələri ilə görüşlər keçirəcək. O, Norveç Humanitar Müəssisəsinin Abşeronda yerləşən uşaq evində həyata keçirdiyi layihə ilə də tanış olacaq. Regiona səfərini sabah Ermənistandan başlayacaq R. Yohansen sonra Gürcüstanda yollanacaq və oktyabrın 1-də axşam Bakıya gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR