Bank Of Baku

Brüsseldə Xəzər regionunda təhlükəsizlik məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib

Brüsseldə Xəzər regionunda təhlükəsizlik məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib
# 02 oktyabr 2008 08:56 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Brüsseldə Xəzər regionunda təhlükəsizlik məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, toplantıda Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Pol Ville, AŞ PA-nın keçmiş prezidenti Rene van der Linden, AŞ PA-nın miqrasiya üzrə alt komitəsinin sədri Mövlud Çavuşoğlu, AŞ PA-nın Qazaxıstan üzrə həmməruzəçisi Tadeuş İvinski, Venesiya Komissiyasının katibi Canni Bukikkio, AŞ PA-nın Azərbaycandan olan üzvü Sabir Hacıyev və digər şəxslər iştirak edib. Dəyirmi masada bölgədə təhlükəsizlik, sabitlik və inkişafın təmin olunması üçün atılan addımlar, birgə təşəbbüslər, eləcə də demokratikləşmə məsələsi müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR