Bank Of Baku

BMT-nin baş katibi Ümumdünya Məskunlaşma Günü ilə bağlı müraciət edib

BMT-nin baş katibi Ümumdünya Məskunlaşma Günü ilə bağlı müraciət edib
# 03 oktyabr 2008 08:16 (UTC +04:00)
Bakı. APA. BMT-nin baş katibi Pan Ki Mun 10 oktyabr Ümumdünya Məskunlaşma Günü ilə bağlı müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, bu ilki Ümumdünya Məskunlaşma Gününün mövzusu “ahəng şəhərlər”dir: “Xarabalıqlarda məskunlaşan insanların iş tapmaq imkanlarından istifadə edə və öz həyat şəraitlərini yaxşılaşdıra bilmədikləri bir halda bizim sürətlə urbanizasiyaya məruz qalan dünyamız ahəngdar sayıla bilməz. Minilliyin inkişaf məqsədləri 2020-ci ilədək xarabalıqlarda yaşayan 100 milyona yaxın insanın həyat şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa çağırır”.
Baş katib bildirib ki, sağlam yaşayış şəraiti ilə bərabər aşağı səviyyəli enerji istehlakı, resurslardan istifadə və onların israf olunması ilə birgə mövcud olan, müxtəlif insanların harmoniyada yaşadığı şəhərlərin balanslaşmış inkişafın pozulması üçün çox böyük potensial var: “Biz Ümumdünya Məskunlaşma Gününü qeyd etdiyimizdən, mən bütün tərəfdaşları və bizimlə birgə çalışanları imkan olduğu qədər bu potensialı reallaşdırmağa, bizim təbii irsimizi qorumaqla və daha yaşıl və daha yaxşı inkişafa yardım edəcək şəkildə bütün qadınlar, kişilər və uşaqlar üçün layiqli həyat şəraitini yaratmağa çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR