Bank Of Baku

Səfir Ann Dersi: “Azərbaycan həm enerji, həm də təhlükəsizlik məsələsində tərəfdaş kimi ABŞ üçün çox əhəmiyyətli ölkədir” - EKSKLÜZİV

Səfir Ann Dersi: “Azərbaycan həm enerji, həm də təhlükəsizlik məsələsində tərəfdaş kimi ABŞ üçün çox əhəmiyyətli ölkədir” - <font color=red>EKSKLÜZİV</font>
# 04 oktyabr 2008 09:01 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri, xanım Ann Dersi deyib. Səfir Azərbaycanın həm enerji, həm də təhlükəsizlik məsələsində tərəfdaş kimi ABŞ üçün çox əhəmiyyətli ölkə olduğunu vurğulayıb.

Hər bir müstəqil ölkənin öz enerji resurslarını iqtisadi kursuna uyğun olaraq hansı istiqamətdə və necə satmaqda sərbəst olduğunu qeyd edən xanım diplomat enerji resurslarının diversifikasiyasının həm enerji təchizatçısı, həm istehlakçı olan ölkələr, həm də bütövlükdə dünya bazarı üçün faydalılığını qeyd edib: “Enerji layihələri üzrə biz artıq uzun müddətdir, Azərbaycanla əməkdaşlıq edirik. Bakı-Tiflis-Ceyhan bu uğurlardan biridir. Biz, həmçinin, Xəzər bölgəsinin enerji sektorunun digər sahələrinin inkişafı istiqamətində addımlar atmağı planlaşdırırıq ki, bu da təbii qaz ehtiyatlarının dünya bazarına çıxarılmasını nəzərdə tutur. Neqropontenin səfərinin əsas məqsədlərindən biri də məhz bu məsələləri müzakirə etmək olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR