Bank Of Baku

Avropa Birliyi-Azərbaycan parlamentlərarası komitəsinin növbəti yığıncağı keçirilir

Avropa Birliyi-Azərbaycan parlamentlərarası komitəsinin növbəti yığıncağı keçirilir
# 06 oktyabr 2008 14:28 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Bu gün Brüsseldə Avropa Birliyi-Azərbaycan parlamentlərarası komitəsinin 9-cu yığıncağı başlayıb. Azərbaycanın Avropa Birliyindəki səfiri Emin Eyyubov APA-ya bildirib ki, iki gün davam edəcək müzakirələrdə ikitərəfli əməkdaşlıq, Avropa enerji təhlükəsizliyi, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanda siyasi-iqtisadi islahatların perspektivi, seçkiqabağı vəziyyət, eləcə də regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq. Toplantının yekunları əsasında tövsiyə xarakterli sənəd qəbul ediləcək. Komitənin Azərbaycan tərəfdən sədri Milli Məclisin sədr müavini Valeh Ələsgərov, AB tərəfdən sədri isə Yaşıllar fraksiyasının nümayəndəsi Mari Ann Azlerbequandır. İclasda Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR