Bank Of Baku

Sabah Tiranada QDİƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclası keçiriləcək

Sabah Tiranada QDİƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclası keçiriləcək
# 22 oktyabr 2008 11:28 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Albaniya paytaxtında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yüksək vəzifəli rəsmilərinin toplantısı keçirilir. APA-nın məlumatına görə, toplantıda məqsəd QDİƏT Xarici İşlər Nazirləri Şurasının sabah keçiriləcək 19-cu iclasına hazırlıq işlərini müzakirə etməkdir. Azərbaycanı QDİƏT Xarici İşlər Nazirləri Şurasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək. Albaniya xarici siyasət idarəsinin rəhbəri Lulzima Başinin sədrliyi ilə keçiriləcək iclasda QDİƏT çərçivəsində əməkdaşlığın hazırkı mərhələsi, təşkilatın fəaliyyətinin effektivliyinin artırılmasına yönəlik qərarların qəbulu, Albaniyanın bu quruma sədrliyi dövründə görülən işlər müzakirə olunacaq. İclasın əsas müzakirə mövzuları sırasında biznesmen və sürücülər üçün viza rejiminin sadələşdirilməsi, bəzi ölkələrə müşahidəçi statusu verilməsi, sektorlar üzrə dialoqun təşkili kimi məsələlər var. Toplantının sonunda Tirana Bəyannaməsi qəbul olunacaq və sədrlik Albaniyadan Ermənistana keçəcək. Qeyd edək ki, Azərbaycan 1992-ci ildən QDİƏT-in üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR