Bank Of Baku

BMT-nin baş katibi Birləşmiş Millətlər Təşkilatı Gününün qeyd olunması ilə bağlı müraciət edib

BMT-nin baş katibi Birləşmiş Millətlər Təşkilatı Gününün qeyd olunması ilə bağlı müraciət edib
# 22 oktyabr 2008 14:09 (UTC +04:00)
Bakı-APA. BMT-nin baş katibi Pan Ki Mun təşkilatın 63-cü ildönümü münasibəti ilə Birləşmiş Millətlər Təşkilatı Gününün qeyd olunması ilə bağlı müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, bu il təşkilatın həyatında mühüm ildir: “Bir çox ölkələr hələ də, 2015-ci ilə qədər nəzərdə tutulmuş Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq iqtidarında deyillər. Mən, eyni zamanda, qlobal maliyyə böhranın nəticəsindən də, dərin narahatçılıq duyuram. Hələ heç zaman idarəçilik və əməkdaşlıq indiki qədər əhəmiyyətli olmayıb. Sentyabr ayında Minilliyin İnkişaf Məqsədlərinə həsr olunmuş yüksək səviyyəli tədbirlər bizim uğurlarımızı daha aydın göstərdi. Biz, hökumətləri, biznes dairəsini və vətəndaş cəmiyyətini birləşdirmək, dəyişiklik etmək məqsədilə geniş koalisiya yaratmışıq. Biz, dünyanın yoxsul təbəqəsinə yardım məqsədilə indiyə qədər görünməmiş öhdəlik götürüb və əməkdaşlıq yaratmağa nail olmuşuq. Yekun nəticələr hələ edilməyib, lakin Minilliyin İnkişaf Məqsədlərinə həsr olunan tədbirdən əldə olunan məbləğ 16 milyard ABŞ dollarına qədər çata bilər”.
Baş katib bildirib ki, BMT daha təhlükəsiz, sağlam və daha da inkişaf edən dünyanın yaradılmasını təmin etməlidir: “Mən Birləşmiş Millətlər Təşkilatı Günü bütün tərəfdaşları və liderləri verilən vədləri həyata keçirmək üçün öz töhfələrini verməyə çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR