Bank Of Baku

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi viza prosedurlarına dəyişiklik edib

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi viza prosedurlarına dəyişiklik edib
# 24 oktyabr 2008 08:40 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi viza prosedurlarına dəyişiklik edilib. Səfirlikdən APA-ya verilən məlumata görə, viza üçün müraciət prosesini tezləşdirmək və müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə oktyabrın 27-dən başlayaraq yeni prosedurlar tətbiq ediləcək. Yeni qaydalara əsasən bütün dəstəkləyici sənədlər viza almaq üçün təqdim olunan ərizə forması ilə eyni vaxtda verilməlidir. Ərizə təqdim edilərkən bütün digər sənədlər əlavə olunmayıbsa, viza şöbəsinin əməkdaşları müraciət edənlərlə əlaqə saxlayıb, əlavə sənədlərin gətirilməsini xahiş etməyəcəklər. Vizanın verilməsinə məsul əməkdaş təqdim edilən sənədlər əsasında vizanın verilib-verilməməsini qərarlaşdıracaq. Səfirlikdən xəbərdarlıq edirlər ki, dəstəkləyici sənədlər olmadan təqdim olunan ərizə formasına bir çox hallarda etiraz ediləcək. Bütün dəstəkləyici sənədlər ingilis dilinə tərcümə edilməlidir, sənədlərin notarial qaydada təsdiqlənməsinə ehtiyac yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR