Bank Of Baku

Mixail Saakaşvilinin anası Giuli Alasaniya Azərbaycan prezidentinə təbrik məktubu göndərib

Mixail Saakaşvilinin anası Giuli Alasaniya Azərbaycan prezidentinə təbrik məktubu göndərib
# 24 oktyabr 2008 08:45 (UTC +04:00)
Bakı-APA. Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya rəhbərlik etdiyi “Gürcüstan-Azərbaycan Dostluq Evi” və M.F.Axundov adına Muzeyin tərkibində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi adından prezident İlham Əliyevə təbrik məktubu göndərib. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məktubda İlham Əliyevi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edən G. Alasaniya bu qələbəni “Azərbaycan xalqının müdrik qərarının nəticəsi” adlandırıb. Gürcüstan prezidentinin anası prezident İlham Əliyevə müstəqil və demokratik Azərbaycanın daha da möhkəmlənməsi və inkişafı yolunda uğurlar arzu edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR