Bank Of Baku

Milli Məclisin sədri Oqtay Əsədov İrana səfər edəcək

Milli Məclisin sədri Oqtay Əsədov İrana səfər edəcək
# 24 oktyabr 2008 12:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Milli Məclisin sədri Oqtay Əsədov bu ilin sonunda İrana səfər edəcək. Bu barədə APA-ya İran İslami Şurasının (parlamentinin) mətbuat xidmətinin rəhbəri İsrafil Təbrizi məlumat verib. Onun sözlərinə görə, səfərin dəqiq tarixinin müəyyənləşməsi Azərbaycan tərəfindən asılıdır. Səfər tanışlıq xarakteri daşıyacaq və iki ölkə parlamentləri arasında hər hansı bir sənədin imzalanması müzakirə mövzusu olmayacaq. Səfər zamanı O. Əsədov parlamentlərarası dostluq qrupunun fəaliyyətinin genişləndirməsi barədə müzakirələr aparacaq. Azərbaycan parlamentinin sədri həmçinin səfər çərçivəsində bu ölkənin rəsmiləri ilə görüşəcək. İ. Təbrizi İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun İran parlamentinin üzvlərindən ibarət nümayəndə heyətinin 2009-cu ilin əvvəllərində Azərbaycan səfər edəcəyini də söyləyib: “Səfərin vaxtı isə Oqtay Əsədovun İran səfərindən sonra bəlli olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR