Bank Of Baku

Tatyana Kərimova: “Azərbaycandan Rusiyaya köçmək istəyənlərin sayı çox deyil”

Tatyana Kərimova: “Azərbaycandan Rusiyaya köçmək istəyənlərin sayı çox deyil”
# 24 oktyabr 2008 14:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Oktyabrın 31-də və noyabrın 1-də Moskvada keçiriləcək Rusiya Ümumdünya Soydaşlar Konfransında “Sodrujestvo” - Azərbaycanda Yaşayan Xalqların Həmrəyliyi İcmasının sədri Tatyana Kərimovanın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək. T. Kərimovanın APA-ya verdiyi məlumata görə, nümayəndə heyətinə Azərbaycanın Rus İcmasının sədri, Gəncə Rus İcmasının rəhbəri, Ləzgi Mərkəzinin sədri və Tatar Mərkəzinin Gənclər Hərəkatının üzvü daxildir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçiriləcək tədbirdə xaricdə yaşayan rusların problemləri, onlarla işin qurulması, 2009-2010-cu illər üçün strategiya, rus dili və rus mədəni irsinin qorunması məsələləri, könüllü şəkildə Rusiyaya qayıtmaq istəyənlərə yardım üzrə dövlət proqramına əlavələr müzakirə olunacaq, fərqlənən şəxslərə dövlət mükafatları təqdim ediləcək. T. Kərimova Azərbaycandan Rusiyaya köçüb getmək istəyən rusdillilərin sayının çox olmadığını söyləyib: “Mən konfransda çıxış edərək Azərbaycanda yaşayan soydaşlarımız barədə məlumat verəcəyəm. Bizim çıxışlarımız hər zaman pozitiv olur, çünki demək olar ki, problemlərimiz yoxdur, yaranan bəzi problemlər isə bütün Azərbaycan vətəndaşlarının ümumi problemi olduğu üçün ölkə daxilində həllini tapır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR