Bank Of Baku

Denver Universitetində Azərbaycanla bağlı müzakirələr keçirilib

Denver Universitetində Azərbaycanla bağlı müzakirələr keçirilib
# 24 oktyabr 2008 15:18 (UTC +04:00)
Los-Anceles-APA. Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov və vitse-konsul Elşən Baloğlanov Kolorado ştatının paytaxtı Denver şəhərinə səfər ediblər. Konsulluqdan APA-nın ABŞ bürosuna verilən məlumata görə, Azərbaycan diplomatları şəhərin meri Jon Xikenloperom, ştatın qubernatorunun müşaviri, Denver Universiteti və yerli biznes dairələri ilə iqtisadi əməkdaşlıq və təhsil sahəsi üzrə mübadilə məsələlərini müzakirə ediblər. Yerli KİV nümayəndələri ilə görüşdə Azərbaycan nümayəndələri regiondakı vəziyyət barədə danışıblar.

Denver Universitetinin tələbələri və şəhərin beynəlxalq əlaqələr üzrə şurasının çoxsaylı auditoriyası qarşısında çıxış edən baş konsul Elin Süleymanov Azərbaycanın bugünkü xarici siyasəti barədə söhbət açıb. Müzakirələrdə Azərbaycan cəmiyyətində hökm sürən tolerantlıq və şəffaflıq mövzusuna xüsusi maraq göstərilib. Avropanın enerji təhlükəsizliyinə ölkəmizin töhfəsi və xarici siyasətin balanslı təməlləri maraq doğuran daha bir mövzu olub.

Qeyd etmək lazımdır ki, Denver Universitetinin beynəlxalq əlaqələr departamenti sabiq dövlət katibi Madlen Olbraytın atası Jozef Korbelin adını daşıyır. Universitetin məşhur məzunlarından biri indiki dövlət katibi Kondaliza Raysdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR