Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə baş nazirinin müavini Cəmil Çiçəyi qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə baş nazirinin müavini Cəmil Çiçəyi qəbul edib
# 24 oktyabr 2008 20:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, Cəmil Çiçək ölkəsinin rəhbərliyində təmsil olunan şəxslərin və türk xalqının prezidentə təbriklərini çatdırıb, Türkiyə prezidenti, baş naziri və TBMM sədrinin təbrik məktublarını dövlət başçısına təqdim edib.

Andiçmə mərasimində ölkəsini təmsil etməkdən məmnunluğunu ifadə edən Cəmil Çiçək Türkiyənin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə Azərbaycanın verdiyi dəstəyə görə, prezidentə minnətdarlıq edib.

Prezident İlham Əliyev öz növbəsində Türkiyə prezidenti, baş naziri və Türkiyə Böyük Millət Məclisinin sədrinə təbriklərinə görə minnətdarlığını bildirib, özünün də ən xoş arzularını onlara və dost, qardaş türk xalqına çatdırmağı xahiş edib.

Dövlət başçısı Türkiyənin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini əlamətdar hadisə kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR