Bank Of Baku

Milli Məclisin deputatı Fransada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Milli Məclisin deputatı Fransada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
# 25 oktyabr 2008 09:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin deputatı Gövhər Baxşəliyeva “Davamlı inkişaf üçün təhsil” mövzusunda BMT-nin təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək üçün Fransanın Bordo şəhərinə səfərə yola düşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, beynəlxalq konfransda BMT-nin “Davamlı inkişaf üçün təhsil” proqramı çərçivəsində Avropa Birliyinə üzv dövlətlərin əldə etdikləri nailiyyətlərə və bu sahədə kütləvi informasiya vasitələrinin roluna nəzər salınacaq, proqramın regional koordinasiyasına və həyata keçirilməsinə dair fikir mübadiləsi aparılacaq. Dünyanın müxtəlif ölkələrində, o cümlədən fransızdilli ölkələrdə “Davamlı inkişaf üçün təhsil” proqramının icrası ətrafında müzakirələr aparılacaq. Səfər noyabrın 1-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR