Bank Of Baku

Sankt-Peterburqda Cənubi Azərbaycanda milli hökumətinin yaranmasının 63-cü ildönümü münasibətilə beynəlxalq simpozium keçirəcək

Sankt-Peterburqda Cənubi Azərbaycanda milli hökumətinin yaranmasının 63-cü ildönümü münasibətilə beynəlxalq simpozium keçirəcək
# 27 oktyabr 2008 07:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə Rusiyanın Sankt-Peterburq şəhərində Cənubi Azərbaycanda milli hökumətinin (1945-1946) yaranmasının 63-cü ildönümü münasibətilə beynəlxalq simpozium keçirəcək. DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konqresin Rusiya nümayəndəliyinin təşəbbüsü ilə dekabrın 12-14-də keçiriləcək simpoziumda Azərbaycan Milli Hökumətinin fəaliyyətini əks etdirən sərgi və həmin illərdə aparılan demokratik islahatlardan bəhs edən sənədli film nümayiş etdiriləcək. Hökumətin süquta uğramasının səbəbləri və həmin dövrdə regionda yaranan vəziyyət də müzakirə olunacaq.

Simpoziumda dünyanın müxtəlif ölkələrindən azərbaycanşünas alimlər, diplomatlar, siyasi xadimlər, diaspor təmsilçiləri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR