Bank Of Baku

Türkiyə baş nazirinin müşaviri: “Qollarımızı, qəlbimizi, beynimizi açıb, erməniləri gözləyirik”

Türkiyə baş nazirinin müşaviri: “Qollarımızı, qəlbimizi, beynimizi açıb, erməniləri gözləyirik”
# 28 oktyabr 2008 16:50 (UTC +04:00)
Ankara – APA. “Biz ermənilərlə düşmən deyilik və onları özümüzə təhlükə saymırıq. Ermənistanla mümkün olan ən yaxşı münasibətlər qurmaq istəyirik. Los-Ancelesdə və ya Parisdə, harada yaşayırlarsa-yaşasınlar, dünyadakı bütün ermənilərlə yaxşı əlaqələr yaratmaq istəyirik. Onlardan da bu prosesə əngəl yox, dəstək gözləyirik. Qollarımızı, qəlbimizi, beynimizi açdıq, gözləyirik”. APA-nın məlumatına görə, bu sözləri Türkiyə baş nazirinin xarici siyasət üzrə müşaviri Əhməd Davudoğlu “Hürriyet” qəzetinə açıqlamasında deyib. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın BBC-nin türk redaksiyasına müsahibəsində dediklərinə münasibət bildirən Ə. Davudoğlu Ermənistanla bütün problemləri həll etməyə hazır olduqlarını söyləyib. Azərbaycanın bundan narahatlıq duyduğuna dair suala isə müşavir belə cavab verib: “Bizim ikitərəfli münasibətlərimiz düzəldikcə, bu, Dağlıq Qarabağ məsələsinə də təsir göstərəcək”.

Xatırladaq ki, E. Nalbandyan BBC-nin türk redaksiyasına müsahibəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün heç bir maneənin olmadığını bəyan edib: “Əvvəlcə diplomatik əlaqə qurulmasını, sərhədlərin açılmasını gözləyirik. Sonra iki tərəf arasındakı bütün problemlərin müzakirə ediləcəyi hökumətlərarası komissiya yaradılmasına tərəfdarıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR