Bank Of Baku

Azərbaycan prezidenti Respublika günü münasibətilə Türkiyə prezidentinə və baş nazirə təbrik məktubu göndərib

Azərbaycan prezidenti Respublika günü münasibətilə Türkiyə prezidentinə və baş nazirə təbrik məktubu göndərib
# 28 oktyabr 2008 17:13 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Milli bayramı – Respublika günü münasibətilə bu ölkənin prezidenti Abdullah Gülü və baş nazir Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bütün Türkiyə xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlət başçısı xalqlarımızın bir-birinə bəslədiyi qardaşlıq duyğularından qaynaqlanan Azərbaycan-Türkiyə tərəfdaşlığının bu gün dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini bariz nümayiş etdirən örnək sayıla biləcəyini vurğulayıb: “Əminəm ki, sələflərimizdən miras qalmış birliyimizi, müttəfiqliyimizi qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq üçün üzərimizə düşən bu şərəfli missiyanı bundan sonra da qətiyyətlə yerinə yetirəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına sülh və firavanlıq diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR