Bank Of Baku

Azərbaycan BMT-nin fəxri siyahısına düşüb

Azərbaycan BMT-nin fəxri siyahısına düşüb
# 29 oktyabr 2008 08:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. BMT-yə üzv ölkələr arasında qurum qarşısında maliyyə öhdəliklərini yerinə yetirən ölkələrin fəxri siyahısında Azərbaycanın da adı var. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, baş katibin idarəçilik məsələləri üzrə müavini Angela Kane bildirib ki, 140 ölkə daimi büdcəyə üzvlük haqqını ödəyib, 52 ölkənin isə 756 milyon dollar borcu var. A. Kale BMT qarşısında maliyyə öhdəliklərini yerinə yetirən, o cümlədən beynəlxalq tribunal və təşkilatın Nyu-Yorkda yerləşən qərargahının əsaslı təmirinə vəsait ayıran 31 ölkənin arasında Azərbaycanın da adını çəkib. O, həmin ölkələrə minnətdarlığını ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR