Bank Of Baku

Bakıda Türkiyə Cümhuriyyətinin yaradılmasının 85 illik yubileyinə həsr olunmuş mərasim keçirilib

Bakıda Türkiyə Cümhuriyyətinin yaradılmasının 85 illik yubileyinə həsr olunmuş mərasim keçirilib
# 29 oktyabr 2008 09:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Türkiyə Cümhuriyyətinin yaradılmasının 85 illik yubileyi ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyi bu gün türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət edib. APA-nın məlumatına görə, şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə Türkiyə və Azərbaycan himnlərini səsləndirilib. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc xatirə kitabına ürək sözlərini yazıb və abidənin önünə əklil qoyub. Daha sonra Hulusi Kılıc səfirlik əməkdaşları ilə birgə Şəhidlər Xiyabanını ziyarət edib, əbədi məşəl abidəsinin önünə əklil qoyub. Jurnalistlərlə söhbətində səfir Türkiyə Cümhuriyyətini Anadolu və Azərbaycan türklərinin birgə qurduğunu qeyd edib: “1918-ci ildə də Azərbaycan Cümhuriyyətini birgə qurduq. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, qurtuluş savaşında birgə iştirak etdik. İndi cümhuriyyətimiz 85 yaşında ən uzunömürlü cümhuriyyətlərdəndir. Bu cümhuriyyət sonsuza qədər yaşayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR