Bank Of Baku

Azərbaycan prezidenti ABŞ ticarət nazirinin müavini Con Sallivanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti ABŞ ticarət nazirinin müavini Con Sallivanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 29 oktyabr 2008 11:22 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 29-da ABŞ ticarət nazirinin müavini Con Sallivanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İ. Əliyev ABŞ nümayəndə heyətinin Azərbaycana bu səfərinin iki ölkə arasında geniş əlaqələrin tərkib hissəsi olan iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığını qeyd edib.

C. Sallivan yenidən dövlət başçısı seçilməsi münasibətilə ABŞ Prezidenti Corc Buşun Azərbaycan prezidentini təbrik etdiyini bir daha vurğulayıb, eyni zamanda, ticarət naziri Karlos Qutyerresin və özünün təbriklərini dövlət başçısına çatdırıb. O, Dünya Bankının Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarla bağlı hazırladığı hesabata da toxunub: “Sizin həyata keçirdiyiniz proqramlar və siyasət nəticəsində Azərbaycanda sağlam biznes üçün çox yaxşı mühit yaradılıb”.

Prezident İ. Əliyev Azərbaycanda mövcud olan biznes mühitinin Dünya Bankı kimi aparıcı beynəlxalq maliyyə qurumu tərəfindən yüksək qiymətləndirilməsinin önəmini vurğulayıb. Bunu ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirən dövlət başçısı deyib ki, Azərbaycanda indi əsas diqqət iqtisadi islahatların daha da genişlənməsinə və enerji amilindən asılılığın maksimum dərəcədə azaldılmasına yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR