Bank Of Baku

Edvard Nalbandyan: “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar beynəlxalq hüququn üç prinsipi əsasında aparılır”

Edvard Nalbandyan: “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar beynəlxalq hüququn üç prinsipi əsasında aparılır”
# 30 oktyabr 2008 12:35 (UTC +04:00)
İrəvan – APA. “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar beynəlxalq hüququn üç prinsipi - güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququ əsasında aparılır”. APA-nın “Novosti-Arrmeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında deyib. Həmsədrlərin bu prinsipləri daim xatırlatdığını vurğulayan E. Nalbandyanın fikrincə, həmsədrlərdən hansısa biri ərazi bütövlüyü prinsipindən danışırsa, bu, digər prinsiplərin inkar olunması demək deyil. Nazir bildirib ki, münaqişənin qarşıdakı bir neçə ay ərzində həll olunacağına dair proqnoz vermək düzgün deyil, çünki bu cür proqnozlar ötən illərdə dəfələrlə verilib və özünü doğrultmayıb. E. Nalbandyan Ermənistanın münaqişənin həllini istədiyini, danışıqların vacib mərhələdə olduğunu, xüsusən Rusiya prezidentinin üçtərəfli görüş təşəbbüsündən sonra danışıqların daha da fəallaşa biləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR