Bank Of Baku

Azərbaycanın xarici işlər naziri erməni həmkarı ilə görüşmək üçün Moskvaya gedib

Azərbaycanın xarici işlər naziri erməni həmkarı ilə görüşmək üçün Moskvaya gedib
# 31 oktyabr 2008 08:36 (UTC +04:00)
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib. Xarici işlər nazirlərinin görüşü Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dmitri Medvedyev, İlham Əliyev və Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı noyabrın 2-də Moskvada keçirəcəkləri üçtərəfli görüşlə bağlıdır. Sabah isə nazirlər münaqişədə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə məsləhətləşmələr keçirəcəklər.

Prezidentlərin gözlənilən görüşünü şərh edən Rusiya Geosiyasi Ekspertizalar Mərkəzinin rəhbəri, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bəyan edib ki, Rusiya prezidentinin Dağlıq Qarabağla bağlı planı var. Onun fikrincə, hazırkı mərhələdə ABŞ-ın danışıqlar prosesindən kənarlaşdırılması məsələsi qaldırılmalıdır: “Çünki ABŞ postsovet məkanında özünü qeyri-konstruktiv aparır və problemləri yalnız dərinləşdirir”.

Politoloq hesab edir ki, hazırkı mərhələdə Rusiya üçün Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıq çox vacibdir: “Rusiyanın konkret geosiyasi maraqları baxımından NATO-nun strategiyasına müqavimət üçün ən azı Türkiyənin neytrallığı və Azərbaycanla alyans lazımdır”. Duqin Rusiya-Ermənistan münasibətlərinə də toxunub: “Ermənistanın strateji vəziyyəti elədir ki, o, Rusiyaya bundan artıq heç nə verə bilməz. Azərbaycan və Türkiyədən isə hazırda çox şey asılıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR