Bank Of Baku

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın 4 fəalı həbs olunub

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın 4 fəalı həbs olunub
# 01 noyabr 2008 08:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın 4 fəalı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxlanılanlar arasında Cənubi Azərbaycanın tanınmış tarixçi alimi, mərhum Səməd Sərdarniyanın oğlu Aydın Sərdarniya da var. Azərbaycanlı fəallar Aydın Sərdarniya, Mahmud Fəzli, Vahid Şeyxbəyli və Neman Puryaqub milli ayrı-seçkilik salmaqda ittiham olunaraq, həbs edilən azərbaycanlıları dəstəkləməkdə təqsirləndiriliblər.

İrandakı mənbələrdən isə bildirilib ki, saxlanılanlar bir müddət öncə azadlığa buraxılan azərbaycanlı tələbələr Səccad Radmehr, Aydın Xacei, Fəraz Zehtab, Elçin (Dariyuş) Hatəmi, Mənsur Əminian, Ehsan Nəcəfinəsəb və Məqsud Əhdini Təbriz həbsxanasında qarşılamağa gediblər. Cəzaçəkmə müəssisənin qarşısında isə polislə həmin şəxslər arasında insident baş verib.

Bir neçə gün öncə adıçəkilən həmin 4 azərbaycanlı xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən evlərində tutularaq naməlum istiqamətə aparılıblar. Onların hansı təcridxanada saxlandığı haqda ailələrinə hələlik məlumat verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR