Bank Of Baku

Azərbaycan hərbçiləri NATO-nun tədbirlərinə qatılacaqlar

Azərbaycan hərbçiləri NATO-nun tədbirlərinə qatılacaqlar
# 01 noyabr 2008 08:32 (UTC +04:00)
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində, Bakı şəhərində Çavuşların müxtəlif funksional sahələri üzrə təlim kursu (03-07 noyabr), Oberammerqau şəhərində (Almaniya) Çoxmillətli birləşmiş əməliyyat mərkəzi kursu (03-07 noyabr), Heydelberq şəhərində Kommunikasiya və informasiya sistemləri üzrə işçi görüşü (10-13 noyabr), Salzburq şəhərində (Avstriya) e-PRİME sistemi üzrə əlaqələndiricilərin işçi görüşü (05-07 noyabr), Stokholm şəhərində (İsveç) “Vikinq-08” mülki-hərbi təliminin müşahidə edilməsi məqsədilə səfər (07-08 noyabr), Amman şəhərində (İordaniya) Hərbi hava əməliyyatları mövzusunda seminar (10-14 noyabr, İzmir şəhərində (Türkiyə) Hava əməliyyatları üzrə təkmilləşdirilmiş terminologiya kursu (10-21 noyabr) keçirilir.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR