Bank Of Baku

Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları prezidentlərin görüşünə hazırlıq məsələlərini müzakirə ediblər

Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları prezidentlərin görüşünə hazırlıq məsələlərini müzakirə ediblər
# 01 noyabr 2008 08:49 (UTC +04:00)
APA-nın məlumatına görə, Rusiya XİN-in yaydığı açıqlamada bildirilir ki, görüşdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın Rusiya prezidenti Dmitri Medvedyevlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair noyabrın 2-də Moskvada keçiriləcək görüşünə hazırlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, bu gün XİN başçıları münaqişənin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Metyu Brayza (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə də məsləhətləşmələr aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR