Azərbaycan XİN: Moskva Bəyannaməsində bizim dəfələrlə vurğuladığımız prinsiplərə zidd heç nə yoxdur
X. İbrahim Bəyannamənin Azərbaycanı münaqişəni hərbi yolla həll etmək hüququndan məhrum edib-etmədiyi haqda suala cavabında sənədin mahiyyətinin münaqişənin siyasi yolla necə həll oluna biləcəyini göstərməkdən ibarət olduğunu söyləyib: “Təbii ki, münaqişələrin siyasi yolla həlli müəyyən prinsiplərə və müddəalara əsaslanmalıdır. Bu sənəddə də məhz bunlar qeyd olunub. Bəyannamədə bizim dəfələrlə qeyd etdiyimiz məqamlardan kənara çıxan heç bir maddə yoxdur”.
Sənəddə ”beynəlxalq hüququn prinsip və normaları” adı altında hansı prinsipin əsas götürüldüyü barədə sualı cavablandıran XİN sözçüsü ərazi bütövlüyünün nizamlamanın əsas prinsipi olduğunu vurğulayıb: “Helsinki Yekun Aktında millətlərin öz müqəddəratını təyinetmə hüququ da əksini tapıb, lakin həmin hüquq ərazi bütövlüyü çərçivəsində də reallaşdırıla bilər. Biz beynəlxalq hüququn heç bir prinsipini inkar etmirik və edə bilmərik. Ancaq beynəlxalq sənədlərdə və beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipi öz müqəddəratını təyinetmə hüququndan daha üstün tutulur”.
Danışıqlarda Dağlıq Qarabağın ətrafındakı 5 rayonun azad edilməsi və həmin zonaya Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi məsələsinin müzakirə olunduğu barədə məlumatlara münasibət bildirən X. İbrahim deyib ki, bu mövzular danışıqların əsasını təşkil etmir: “Beynəlxalq qarantiyalar mərhələlərlə verilməlidir. Bu mərhələlər qoşunların çıxarılması və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasından ibarət olmalıdır”.
Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün gələcəkdə referendum keçiriləcəyi barədə xəbərlərə toxunan diplomatın sözlərinə görə, əvvəlcə Azərbaycan icması Dağlıq Qarabağa qayıtmalıdır, status məsələsi isə daha sonra Azərbaycan sərhədləri çərçivəsində həll oluna bilər. Bəyannamənin tərəflər arasında etimadın yaradılması barədə bəndinə gəlincə, X. İbrahim hesab edir ki, qarşılıqlı etimadın yaradılması üçün məcburi köçkünlər öz evlərinə qayıtmalıdır: “Etimad yalnız icmalar arasında ola bilər. Onlar arasında ünsiyyət yoxdursa, hansısa digər mexanizmlər əbəsdir”.
Azərbaycan XİN-in təmsilçisi Moskva Bəyannaməsinin imzalanması ilə Türkiyənin regional təşəbbüsünün aktuallığını itirib-itirmədiyinə də toxunaraq bildirib ki, Türkiyənin təşəbbüsü ilə bu sənədi qarışdırmaq lazım deyil: “Türkiyənin təşəbbüsü Cənubi Qafqazda təhlükəsizlik və sabitlik haqqındadır. Bəyannamə isə sırf Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır”.
Xarici siyasət
İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub
Azərbaycan və Koreya arasında keçirilən siyasi məsləhətləşmələrin detalları açıqlanıb
Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyini ziyarət edib
Xəbər Lenti
İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib
Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var
Münhendə yük qatarları toqquşub, ölən var
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib - FOTO
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub
Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib
Zaqatalada su hovuzunu təmir edən kişi yanıb
DÇ-26: Niderland İsveçə qarşı
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Flora Kərimova xəstəxanadan evə buraxılıb
UFC döyüşçüsü Rafael Fiziyev Azərbaycana gəlib
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Aralıq dənizində ardıcıl iki zəlzələ baş verib
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir
Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğulub
Pezeşkianın müavini İranın 25 mlrd. dollarlıq aktivlərinin tam azad ediləcəyini bildirib
Belarus MN-in Qoşun Xidməti İdarəsinin rəisi Azərbaycana səfər edib
Sabah 36 dərəcə isti olacaq
Azərbaycan və Koreya arasında keçirilən siyasi məsləhətləşmələrin detalları açıqlanıb
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib - YENİLƏNİB - FOTO
Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
FHN Xızıda istirahət mərkəzlərində maarifləndirmə tədbirləri keçirib
Kriptobirjada əsas aktivlər üzrə artım müşahidə olunub
AFP: Pakistanda baş verən iki partlayışda 7 nəfər ölüb
Ukrayna dronları Bryansk və Belqorod vilayətlərinə hücum edib: ölən və yaralananlar var
Pakistanın daxili işlər naziri Tehrana yollanıb, İran-ABŞ danışıqları müzakirə olunacaq
Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib
Ukrayna rəsmiləri Polşa mükafatlarından imtina etməyə başlayıblar
Tramp: Süleymaninin öldürülməsi Yaxın Şərq tarixinin ən mühüm hadisələrindən biri olub
Rusiyada ağır yol qəzası: 6 nəfər ölüb, 2 nəfər yaralanıb
Göygöldə mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb - VİDEO
“AzerGold”da Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib
Dünya bazarlarında neft bahalaşıb
Rusiya Xarkovda yaşayış binasını vurub: 1 nəfər ölüb, 9 nəfər yaralanıb
Azərbaycan nefti bahalaşıb
Britaniyada iki sərnişin qatarı toqquşub, maşinist ölüb, 89 nəfər yaralanıb
Şəmkirdə evdən 59 yaşlı qadın meyiti tapılıb
DÇ-2026: Türkiyə Paraqvaya məğlub olub, qrupdan çıxmaq şansını itirib
WSJ: ABŞ və Qətər İranın dondurulmuş 6 milyard dollar vəsaitindən istifadə mexanizmini müzakirə edir
KİV: Uitkoff İranla danışıqlarda iştirak etmək üçün İsveçrəyə yollanır
Makron Aİ-dən kənarda miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasına qarşı çıxıb
Koşta: Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb
DÇ-2026: Braziliya 3 xalı 3 qolla qazanıb
Fon der Lyayen: Aİ hərbi sənayesi Avropa Komissiyasının nəzarətində olmalıdır
Pistorius Litvadakı Bundesver briqadası üçün kifayət qədər könüllü tapa bilmir
Tramp: Ukraynaya silah tədarükü xərclərini Avropa ölkələri qarşılamalıdır