Bank Of Baku

Rusiyanın Azərbaycandakı səfiri Samuxda olub

Rusiyanın Azərbaycandakı səfiri Samuxda olub
# 04 noyabr 2008 06:58 (UTC +04:00)
Samux. Nəzakət Məşədiəliqızı –APA. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov Samux rayonunda səfərdə olub. APA-nın qərb bürosunun məlumatına görə, diplomat öncə Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Heydər Əliyev muzeyini ziyarət edib. Daha sonra V. İstratov Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə görüşüb. Görüş zamanı səfirə rayonun iqtisadi potensialı haqda məlumatlar verilib. V. İstratov APA-nın yerli bürosuna bildirib ki, Samuxla Rusiyanın aqrar və kənd təsərrüfatı sahələrində əlaqələri var və onlar bu əlaqələrin daha da genişlənməsini istəyirlər. Səfir Samuxda fəaliyyət göstərən «Azərros» müəssisəsində də olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR