Bank Of Baku

Səfir Fəxrəddin Qurbanov Aberdində keçirilən Xəzər regionunda investisiya imkanlarına həsr olunmuş tədbirdə iştirak edib

Səfir Fəxrəddin Qurbanov Aberdində keçirilən Xəzər regionunda investisiya imkanlarına həsr olunmuş tədbirdə iştirak edib
# 04 noyabr 2008 07:38 (UTC +04:00)
Aberdin. Viktoriya Dementyeva-APA. Azərbaycanın Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Şotlandiyanın Aberdin şəhərində keçirilən Xəzər regionunda investisiya imkanlarına həsr olunmuş tədbirdə iştirak edib. Bu barədə APA-ya səfirliyin mətbuat xidmətindən məlumat verilib. Tədbir Böyük Britaniyanın Ticarət və İnvestisiya Agentliyi, İngiltərə-Azərbaycan Cəmiyyəti və Aberdin şəhər meriyasının birgə təşkilatçılığı ilə keçirilib və Şotlandiya şirkətlərinin Xəzər regionunda, o cümlədən Azərbaycanda yeni investisiya imkanları ilə tanışlığına və regionda gedən sürətli iqtisadi inkişafın yaratdığı imkanların yerli biznes mühitinə çatdırılmasına həsr olunub. Tədbirdə Britaniyanın Ticarət və İnvestisiya Agentliyinin nümayəndəsi Bob Griner, Aberdin şəhərinin meri, İngiltərə-Azərbaycan Cəmyyətinin sədri Lord Freyzer və Cəmiyyətin üzvləri, neft-qaz və digər sahələrdə fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Fəxrəddin Qurbanov tədbirdə çıxış edərək ölkəmizdə iqtisadi sahədə həyata keçirilən layihələr haqqında iştirakçılara məlumat verib. O, öz çıxışında hazırda qeyri-neft sektorunun inkişafının prioritet təşkil etdiyi və bu istiqamətdə hökumətin həyata keçirdiyi irimiqyaslı proqram və iri infrastruktur layihələri barəsində söhbət açıb. Səfir eyni zamanda Dünya Bankının sonuncu “Doing Business 2009” adlı hesabatında biznes mühitinin yaxşılaşdırılmasına görə ölkəmizin ən çox irəliləyişə nail olan dövlət olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Britaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrə toxunan F.Qurbanov bu əlaqələrin durmadan genişləndiyini və ölkəmizə yatırılan birbaşa xarici sərmayənin həcminə görə bu ölkənin ilk sırada dayandığını vurğulayıb.

Tədbirdə eyni zamanda Britaniyanın Ticarət və İnvestisiya Agentliyinin rəsmisi B. Griner və İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri Lord Freyzer də çıxış ediblər. Çıxışlarda Azərbaycanda əlverişli biznes mühitinin mövcud olması, regionun digər ölkələri ilə müqayisədə ölkəmizdə nəzərəçarpan müsbət dəyişikliklərin baş verdiyi xüsusi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR