Bank Of Baku

Amerikada keçirilən seçkiləri izləmək üçün Bakıda mərkəz yaradılıb

Amerikada keçirilən seçkiləri izləmək üçün Bakıda mərkəz yaradılıb
# 05 noyabr 2008 09:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Amerikada keçirilən seçkiləri izləmək üçün bu ölkənin Azərbaycandakı səfirliyi Bakıda xüsusi mərkəz yaradıb. APA-nın məlumatına görə, mərkəz noyabrın 5-də səhər 6.00-dan 11.00-dək fəaliyyət göstərib. Mərkəzdə quraşdırılmış iki böyük monitor vasitəsilə seçkilərin gedişini, səslərin sayılması prosesini izləmək mümkün olub. ABŞ-ın hər bir ştatında seçkilərin nəticəsini izləmək üçün divara xüsusi xəritə vurulub, həmin xəritədə səsvermənin nəticələri qeyd olunub.

Azərbaycanda yaşayan ABŞ vətəndaşları ilə yanaşı, Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Milli Məclis üzvləri, siyasi partiya və QHT rəhbərləri, politoloqlar və jurnalistlər seçkiləri mərkəzdən izləyiblər. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson jurnalistlərə bildirib ki, bu seçkilər gənc seçicilər arasında çox böyük marağa səbəb olub, səsvermədə rekord həddə seçici iştirak edib: “Bakıda belə bir mərkəz təşkil etməkdə məqsədimiz sevincimizi və dəyərimizi Azərbaycan xalqı ilə bölüşməkdir. Biz senator Makkeynin öz mövqeyini açıqlamasını və məğlubiyyətini etiraf etməsini gördük. Çox gərgin seçkilər keçdi, buna baxmayaraq, Amerika ənənələrinə sadiq olaraq, senator Makkeyn öz seçicilərini qalibə dəstək olmağa çağırdı. Bir namizədin milli maraqları şəxsi maraqlarından üstün tutaraq, ölkənin inkişafı naminə hamını eyni mövqedən çıxış etməyə çağırması bir amerikalı kimi qürur hissi keçirməyimizə, özümüzlə fəxr etməyimizə imkan verir”.

ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi çıxış edərək, xalqın öz seçimini etdiyini, demokratların namizədi Barak Obamanın prezident seçildiyini bildirib. Diplomat seçim münasibətilə Amerika xalqını təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR