Bank Of Baku

Vəfa Quluzadə: “Barak Obamanın həyata keçməyəcək vədlərindən biri “erməni soyqırımı”nın tanınması vədi olacaq”

Vəfa Quluzadə: “Barak Obamanın həyata keçməyəcək vədlərindən biri “erməni soyqırımı”nın tanınması vədi olacaq”
# 05 noyabr 2008 10:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Barak Obamanın həyata keçirməyəcəyi vədlərindən biri uydurma “erməni soyqırımı”nın tanınması barədə verdiyi vəd olacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, indiyədək ABŞ-da bütün prezidentlərin saxta “erməni soyqırımı”nı tanıyacaqları haqda vəd verdiklərini, amma seçkidən sonra bunun əksinə hərəkət etdiklərini xatırladıb: “Ona görə ki, Amerikanın milli maraqları Türkiyə ilə dostluğu tələb edir. Olduqca təhsilli, intellektual bir şəxsiyyət olan Barak Obama bilir ki, heç bir soyqırım olmayıb. O, tarixdə sübut olunmamış yalanı dəstəkləyə bilməz. Sözsüz ki, seçkiqabağı kampaniya zamanı çox şey deyilir, amma heç vaxt verilən vədlərin yüz faizi həyata keçmir. Həyata keçməyə vədlərdən biri də “erməni soyqırımı”nın tanınması olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR