Bank Of Baku

Azərbaycanla bağlı məsələ AŞ PA Komitələri və Bürosunun iclaslarının gündəliyinə salınıb

Azərbaycanla bağlı məsələ AŞ PA Komitələri və Bürosunun iclaslarının gündəliyinə salınıb
# 05 noyabr 2008 13:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova, Viktoriya Dementyeva - APA. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin noyabrın 18-də Parisdə, qurumun Bürosunun noyabrın 27-də Madriddə, Daimi Komitəsinin isə noyabrın 28-də eyni şəhərdə keçiriləcək iclaslarında Azərbaycanla bağlı məsələlər müzakirə olunacaq. AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel APA-ya bildirib ki, Madriddə keçiriləcək iclaslarda Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı məruzə ilə çıxış edəcək, Parisdəki iclasda isə həmin mövzuda informasiya verəcək. Məruzəsinin beynəlxalq müşahidəçilərin seçkilərlə bağlı açıqladığı ilkin hesabatdan çox da fərqlənməyəcəyini deyən deputat bildirib ki, texniki cəhətdən seçkilər yaxşı hazırlansa da, seçkilər yalnız seçkilər günündən ibarət deyil. O, Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı məsələnin AŞ PA-nın yanvar sessiyasının gündəliyinə salınacağını da xatırladıb.

Siyasi məhbuslarla bağlı Azərbaycana xüsusi məruzəçi təyin olunması məsələsinin açıq qaldığını söyləyən A. Herkel bildirib ki, Parisdə keçiriləcək iclasda Azərbaycanda xarici radiostansiyaların bağlanması məsələsinə də toxunacaq.

Yanvar sessiyasına kimi həmməruzəçilərin Azərbaycana səfər edib-etməyəcəyinə gəlincə, belə bir səfərin nəzərdə tutulmadığını qeyd edib: “Çox güman ki, səfər olmayacaq. Yanvar sessiyasından sonra isə mütləq Azərbaycana səfər edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR