Bank Of Baku

Türkiyənin Çankaya köşkündə Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib

Türkiyənin Çankaya köşkündə Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib
# 05 noyabr 2008 13:58 (UTC +04:00)
APA-nın “AzərTAC” dövlət agentliyinə istinadən yaydığı məlumata görə, prezident İlham Əliyev Anıtqəbirdə xatirə kitabına ürək sözlərini yazıb: “Türkiyə Cümhuriyyətinin qurucusu böyük öndər Mustafa Kamal Atatürkün məzarı önündə baş əyirəm. Böyük Atatürkün xatirəsinə Azərbaycan xalqının dərin hörmətini bildirirəm. Mustafa Kamal Atatürkün əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır”.

Anıtqəbri ziyarətdən sonra Çankaya köşkündə prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş iqamətgahın qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə prezidenti Abdullah Gül Azərbaycan dövlət başçısını qarşılayıb, ölkənin rəsmi şəxsləri prezident İlham Əliyevə təqdim olunub. Daha sonra Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentləri arasında görüş başlayıb.

Qeyd: Şəkillər Türkiyə prezidentinin rəsmi saytından götürülüb
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR