Bank Of Baku

Azərbaycan prezidenti: “Moskva Bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaxşı əsasdır”

Azərbaycan prezidenti: “Moskva Bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaxşı əsasdır”
# 05 noyabr 2008 14:58 (UTC +04:00)
Bəyannamənin əsas mahiyyəti ondan ibarətdir ki, sənəddə beynəlxalq hüquq normaları öz əksini tapıb, bu normalar çərçivəsində qəbul edilən qərarlar, qətnamələr dəstəklənib, problemin mərhələli yollarla həll edilməsinə diqqət göstərilib. Hesab edirəm ki, bu, problemin həlli üçün çox yaxşı əsas ola bilər”.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı ilə görüşdən sonra mətbuat qarşısında çıxışı zamanı deyib. İ. Əliyev bildirib ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü bərpa olunmalı, torpaqlar işğalçılardan boşaldılmalı, 1 milyondan artıq Azərbaycan vətəndaşı öz torpaqlarına qayıtmalıdır: “Ümid edirəm ki, bölgədə yaranan yeni vəziyyət və Türkiyənin bu məsələlərə ciddi müdaxiləsi, eyni zamanda Rusiyanın vasitəçilik missiyasına yeni təkan verməsi, ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ və Fransanın fəallığı - bütün birgə səylər məsələnin həllinə gətirib çıxaracaq”.

Türkiyə tərəfindən irəli sürülən Qafqazda Sabitlik və İnkişaf Platformasının əsas mahiyyətinin bu bölgədə yaşayan bütün ölkələr arasında normal münasibətlərin qurulması, narahatlıq yaradan məsələlərin həlli, qarşıdurmalara son qoyulması və bölgədə sülhün təmin edilməsindən ibarət olduğunu bildirən prezident qeyd edib ki, buna nail olmaq üçün ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmalıdır: “Türkiyənin bu işlərdə fəal olmasını alqışlayır, rəsmi Ankaranın Qafqazda gedən proseslərdə fəallıq göstərməsinə çox böyük ümidlərlə baxırıq. Hesab edirik ki, bunun çox gözəl nəticələri ola bilər. Biz ilkin xoş məqamların əlamətlərini görürük”.

Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərin davam etdirilməli olduğunu da sözlərinə əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR