Bank Of Baku

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı bu gün Azərbaycana gəlir

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı bu gün Azərbaycana gəlir
# 06 noyabr 2008 09:54 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Andris Piebalqs bu axşam Bakıya gəlir. Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, A. Piebalqsın rəsmi görüşləri sabah baş tutacaq.

Komissarı prezident İlham Əliyev qəbul edəcəyi gözlənilir. Səfər proqramına Xarici İşlər Nazirliyində, sənaye və energetika naziri Natiq Əliyev, ARDNŞ, bp və “Statoil” şirkətlərinin rəhbərləri ilə görüşlər daxildir.

Səfər noyabrın 7-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR