Bank Of Baku

Azərbaycan prezidenti: “Ermənistan beynəlxalq təşkilatların qərarlarını yerinə yetirməlidir”

Azərbaycan prezidenti: “Ermənistan beynəlxalq təşkilatların qərarlarını yerinə yetirməlidir”
# 06 noyabr 2008 12:06 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, İ. Əliyev prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə etdiyini vurğulayaraq bunun iki ölkə arasındakı münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu göstərdiyini deyib. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin dünyada tayı-bərabəri yoxdur və bu əlaqələrin tarixi kökləri var. İ. Əliyev iqtisadi əlaqələrin də getdikcə dərinləşdiyini, Azərbaycanın iqtisadi inkişafı nəticəsində azərbaycanlı iş adamlarının Türkiyəyə sərmayə qoymağa başladıqlarını söyləyib. Hər iki ölkənin enerji sahəsində əməkdaşlığını örnək göstərən dövlət başçısı “Şahdəniz” layihəsinin birgə səylərlə həyata keçirildiyini və Azərbaycanın Türkiyə bazarına daxil olduğunu ifadə edib: “Azərbaycan əvvəl təbii qazı idxal edirdi, indi isə ixrac edir”. Qars-Tiflis-Bakı dəmir yolu layihəsinin tarixi, iqtisadi və siyasi əhəmiyyətinə diqqət çəkən Azərbaycan prezidenti 2004-cü ildə Türkiyə parlamentindəki çıxışını xatırladaraq həmin vaxt söylədiklərinin qısa müddətdə gerçəyə çevrildiyini vurğulayıb.

İ. Əliyev Türkiyə-Azərbaycan birliyini regionda çox önəmli faktor adlandırıb: “Qafqazda baş verən hadisələr hamımızı yaxından maraqlandırır. Türkiyə bu məsələlərlə bağlı çox fəal siyasət aparır və gələcəkdə bölgədəki problemlərə daha ciddi müdaxilə edəcək. Bu müdaxilələri alqışlayırıq. Bunun müsbət nəticələri olacaq. Türkiyənin təşəbbüsü və ölkələrin səmimi yanaşmaları nəticəsində bölgədə sülh yaranacağına inanırıq. Çox həssas bölgədə yaşayırıq. Atəşkəs rejimi mövcuddur. Ancaq bu, bölgədə sülh və təhlükəsizliyin olması demək deyil”. İ. Əliyev bildirib ki, regionda sülh və təhlükəsizlik baxımından ən böyük problem Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalıdır: “Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti Azərbaycan torpaqlarının 20%-nin işğalı ilə nəticələnib, 1 milyona yaxın azərbaycanlı öz torpaqlarında qaçqın və köçkünə çevrilib, ərazi bütövlüyümüz pozulub. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir. Həmin qətnamələr Azərbaycan torpaqlarının azad edilməsini nəzərdə tutur. Ümid edirik ki, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək, ölkə işğal və etnik təmizləmə siyasətindən xilas olacaq. Bunun üçün Ermənistan siyasi iradə nümayiş etdirməli və beynəlxalq təşkilatların qərarlarını yerinə yetirməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR