Bank Of Baku

Acarıstanın baş naziri Azərbaycana gələcək

Acarıstanın baş naziri Azərbaycana gələcək
# 06 noyabr 2008 12:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Gürcüstanın Acarıstan Muxtar Respublikasının baş naziri Levan Varşalomidze dekabr ayında Azərbaycana səfər edəcək. Bunu APA-ya açıqlamasında Acarıstandan qayıtmış Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupun rəhbəri Qənirə Paşayeva deyib. Dostluq qrupunun üzvü Dünyamin Xəlilovla birlikdə Acarıstanda keçirilən parlament seçkilərində müşahidəçi qismində iştirak edən Q. Paşayeva Batumdə L. Varşalomidze ilə görüşdüklərini bildirib. Görüşdə Azərbaycan-Acarıstan əlaqələrinin inkişafı müzakirə edilib. Batumda Azərbaycanın Baş Konsulluğunun açılması ideyasını müsbət qiymətləndirən L. Varşalomidze muxtar respublikada Türkiyə, Ukrayna, Estoniya və Ermənistanın baş konsulluqlarının fəaliyyət göstərdiyini söyləyib. O, keçən əsrin əvvəllərində Azərbaycanın Batumda Baş Konsulluğunun fəaliyyət göstərdiyini xatırladaraq həmin tarixi binanın yenidən Azərbaycana verilə biləcəyini vurğulayıb. Görüşdə Bakı ilə Batum arasında heç olmasa həftədə bir dəfə təyyarə reyslərinin həyata keçirilməsinin vacibliyi qeyd edilib, Acarıstanda yaşayan azərbaycanlıların problemlərinə toxunulub. Q. Paşayeva muxtar respublikada yaşayan azərbaycanlıların təşkilatına daha çox dəstək verilməsini istəyib. L. Varşalomidze isə təşkilat üçün ofis ayrıldığını açıqlayıb və bundan sonra icmaya dəstəyin artırılacağına söz verib.

Azərbaycan parlamentinin üzvləri Acarıstanda yaşayan azərbaycanlılarla da görüşüblər və Batumdakı məscidə baş çəkiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR