Bank Of Baku

Gürcü politoloqu: “Moskva görüşü göstərdi ki, Rusiya Türkiyənin Dağlıq Qarabağ münaqişəsini həll edə biləcəyindən qorxuya düşüb”

Gürcü politoloqu: “Moskva görüşü göstərdi ki, Rusiya Türkiyənin Dağlıq Qarabağ münaqişəsini həll edə biləcəyindən qorxuya düşüb”
# 06 noyabr 2008 12:42 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə tərəfdardır”. APA-nın məlumatına görə, bu fikirləri Bakıda təşkil olunan telekörpüdə gürcü politoloqu Qiya Xuxaşvili deyib. O, Gürcüstanda baş verən hadisələrin bütün dünyada dəyişikliklərə səbəb olduğunu, o cümlədən Azərbaycanla Ermənistan arasında dialoq prosesinə təkan verdiyini bildirib: “Rusiya Birləşmiş Ştatları böyük siyasi oyunlardan uzaqlaşdırmağı düşünür. Moskvanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində aktiv mövqe nümayiş etdirməsi bununla əlaqədardır”.

Digər gürcü politoloqu Ramaz Sakvarelidze Rusiyanın bu məsələdə mövqeyini başqa nöqteyi-nəzərdən dəyərləndirib: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında təşəbbüsə yiyələnmək istədi, Rusiya isə bu təşəbbüsü Türkiyədən aldı. “2+1” keçirilən görüş göstərir ki, Rusiya Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin az qala həll edəcəyindən bərk təşvişə düşüb. Halbuki Moskva bu problemi 20 il əvvəl həll edə bilərdi Rusiya Cənubi Qafqazı münaqişələr vasitəsilə nəzarətdə saxlayır və saxlamaqda davam etmək istəyir. O, bu imkan əldən qaçıra biləcəyindən qorxur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR