Bank Of Baku

Həmsədrlər: “Azərbaycan və Ermənistan prezidentlərinin konstruktiv əhval-ruhiyyəsi ilk bəyannamənin imzalanmasına gətirib çıxardı”

Həmsədrlər: “Azərbaycan və Ermənistan prezidentlərinin konstruktiv əhval-ruhiyyəsi ilk bəyannamənin imzalanmasına gətirib çıxardı”
# 07 noyabr 2008 07:15 (UTC +04:00)
APA-nın məlumatına görə, brifinqdə çıxış edən həmsədrlər Metyu Brayza, Bernar Fasie, Yuri Merzlyakov və ATƏT-in fəaliyyət olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2 noyabr görüşünü kifayət qədər optimizm üçün əsas saydıqlarını bildiriblər. Metyu Brayza qeyd edib ki, regionda mövcud olan bəzi şəxsi və özəl faktorlar kifayət qədər optimizm üçün əsas verir. Fransalı həmsədr Bernar Fasie isə Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşünün onların iyunda Sankt-Peterburqda ilk görüşü zamanı meydana çıxan konstruktiv əhval-ruhiyyəni bir daha təsdiqlədiyini deyib: “Bu gün konstruktiv əhval-ruhiyyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ilk bəyannamənin imzalanmasına gətirib çıxardı. Ankara və İrəvan arasında diskussiyalar bu məsələdə pozitiv faktor rolunu oynadı. Daha bir pozitiv faktor Gürcüstanda baş verən hadisələr oldu. Ermənistan idxal və ixrac baxımından Gürcüstandan asılılığının əz zəif tərəfi olduğunu anlayıb. Azərbaycan isə Gürcüstan ərazisindən keçən enerji dəhlizindən asılılığını dərk edib”. Həmsədrlər ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 4-5-də Helsinkidə keçiriləcək sammitinə qədər regiona səfər edəcəklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR