Bank Of Baku

Ünal Çeviköz: “Azərbaycan prezidentinin ilk rəsmi səfərini Türkiyəyə gerçəkləşdirməsi onun qardaşlığımıza verdiyi dəyərin əyani göstəricisidir”

Ünal Çeviköz: “Azərbaycan prezidentinin ilk rəsmi səfərini Türkiyəyə gerçəkləşdirməsi onun qardaşlığımıza verdiyi dəyərin əyani göstəricisidir”
# 07 noyabr 2008 07:59 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. “Azərbaycan dövlət başçısının ikinci müddətə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə gerçəkləşdirməsi onun qardaşlığımıza verdiyi dəyərin əyani göstəricisidir”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbərinin müavini, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviköz deyib. O, prezidentlər Abdulla Gül və İlham Əliyevin təkbətək görüşündə və iki ölkə nümayəndə heyətləri arasındakı danışıqlarda ikitərəfli əlaqələrin və regional məsələlərin müzakirə edildiyini söyləyib: “Biz qəti şəkildə əmin olduq ki, prezidentimiz Gülün təşəbbüsü ilə regionda başlayan sülh prosesi uğurla davam edəcək. Bu baxımdan prezident Əliyevin noyabrın 2-də Moskvada imzalanan Bəyannaməyə verdiyi önəmi xüsusi qeyd etməliyik. Bundan başqa, Türkiyənin təşəbbüsü ilə gündəmə gələn Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının da öz məqsədinə çatacağını söyləyə bilərik”. Diplomat bildirib ki, Azərbaycan və Türkiyənin bölgədəki əməkdaşlığı region ölkələri arasındakı əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR