Bank Of Baku

Aleksandr Xetaquri: “Gürcüstanın mavi yanacağa olan tələbatı tam şəkildə Azərbaycan qazı hesabına ödəniləcək”

Aleksandr Xetaquri: “Gürcüstanın mavi yanacağa olan tələbatı tam şəkildə Azərbaycan qazı hesabına ödəniləcək”
# 07 noyabr 2008 12:18 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan əhalisinin və istilik-elektrik stansiyalarının mavi yanacağa olan tam tələbatı Azərbaycan qazının hesabına ödəniləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri açıqlama verib. Bundan başqa Gürcüstan Rusiyadan Ermənistana ötürülən mavi yanacaqdan tranzit haqqı olaraq payına düşən mavi yanacaqdan da sənaye məqsədilə istifadə edəcək. Nazir əhali üçün satılan elektrik enerjisi və mavi yanacağın qiymətinin dəyişməyəcəyini bildirib. "Transparency International Georgia" təşkilatının hesabatına əsasən, Gürcüstan Azərbaycandan 500 milyon kubmetr, “Şahdəniz” konsorsiumundan isə 300 milyon kubmetr qaz alacaq. 2007-ci ildə Gürcüstan tranzit haqqı olaraq Rusiyadan 200 milyon kubmetr qaz alıb. Lakin bu il İran-Ermənistan qaz kəmərinin işə düşməsi ilə əlaqədar bu həcm azalacaq. Gürcüstan ötən il 1,75 milyard kubmetr mavi yanacaq istehlak edib ki, bunun da 60 faizini Rusiyadan, 40 faizini Azərbaycandan alıb. Bu il bu balansın Azərbaycanın lehinə dəyişəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR