Bank Of Baku

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının 54-cü illik sessiyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının 54-cü illik sessiyasında iştirak edəcək
# 07 noyabr 2008 12:18 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Noyabrın 14-dən 18-dək İspaniyanın Valensiya şəhərində NATO Parlament Assambleyasının (PA) 54-cü illik sessiyası keçiriləcək. Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov APA-ya açıqlamasında sessiyada onun rəhbərliyi ilə deputatlar Məlahət Həsənova, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev və Tahir Süleymanovdan ibarət nümayəndə heyətinin iştirak edəcəyini deyib. I vitse-spiker sessiyada, əsasən, enerji təhlükəsizliyi, əhəmiyyətli enerji infrastrukturlarının mühafizəsi, Əfqanıstanda, İraqda vəziyyət, Kosovo və Balkanlarda təhlükəsizlik, NATO üzvü olmayan ölkələrin qurumun əməliyyatlarına töhfəsi və digər məsələlərin müzakirə olunacağını bildirib.

Z. Əsgərovun sözlərinə görə, bu dəfə sessiyada bilavasitə Azərbaycanla bağlı məsələ müzakirə edilməyəcək: “NATO Parlament Asslambleyasının sessiya və seminarlarında Azərbaycanın önəmi dəfələrlə vurğulanıb. Bu dəfə də əhəmiyyətli enerji infrastrukturlarının mühafizəsi haqda məruzə olacaq. Həmin məruzə prosesində yenə də yəqin ki, Azərbaycanla bağlı fikirlər olacaq. Alternativ enerji mənbəyi kimi bu gün Azərbaycan artıq Avropanın ən çox önəm verdiyi dövlətlərdən biridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR