Bank Of Baku

Azərbaycan prezidenti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycan prezidenti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
# 07 noyabr 2008 13:20 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 7-də Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İlkər Başbuğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələri əhatə etdiyini, o cümlədən hərbi sahədə uğurlu işbirliyinin yaradıldığını vurğulayıb. Prezident general İlkər Başbuğun Türkiyə Baş Qərargahının rəisi vəzifəsinə təyin olunandan sonra ilk dəfə Azərbaycana səfər etməsinin əhəmiyyətindən danışaraq, bu səfərin hərbi əməkdaşlıq sahəsində uğurların daha da artmasına kömək edəcəyinə əminliyini ifadə edib.

Yenidən prezident seçilməsi münasibətilə İ. Əliyevi təbrik edən İ. Başbuğ bir millət, iki dövlət olan Azərbaycanla Türkiyənin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığının daha da möhkəmlənəcəyinə əmin olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR