Bank Of Baku

Milli Məclisdə Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib
# 08 noyabr 2008 08:28 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda səfərdə olan Qazaxıstan nümayəndə heyəti Milli Məclisdə Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Qazaxıstan parlamentinin deputatı Oleq Dımov səfərin məqsədinin Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək, bu ölkədə yaşayan, təhsil alan qazaxların həyat şəraiti ilə maraqlanmaq olduğunu deyib. Qazaxıstan parlamentinin üzvü Azərbaycanın Cənubi Qafqazdakı rolunu və dünyadakı artan nüfuzunu yüksək qiymətləndirib.
Dostluq qrupunun üzvü, Milli Məclisin Sosial siyasət daimi komissiyası sədrinin müavini Musa Quliyev Azərbaycan parlamentinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat verib. O, Milli Məclisdə dünyanın bir çox ölkələri, eləcə də Qazaxıstan parlamenti ilə əlaqələrə dair işçi qrupun fəaliyyət göstərdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR