Bank Of Baku

Milli Məclisin komissiyası prezidentin Azərbaycan sülhməramlılarının İraqdan geri çağırılmasına dair müraciətini qəbul edib

Milli Məclisin komissiyası prezidentin Azərbaycan sülhməramlılarının İraqdan geri çağırılmasına dair müraciətini qəbul edib
# 10 noyabr 2008 09:46 (UTC +04:00)
Bu barədə APA-ya komissiyanın üzvü, millət vəkili Zahid Oruc məlumat verib. Z. Orucun sözlərinə görə, bununla bağlı parlamentə Azərbaycan prezidentinin müraciəti noyabrın 7-də daxil olub. Komissiya müraciəti qəbul edərək, parlamentin plenar sessiyasında müzakirəyə çıxarılmasına razılıq verib.

Millət vəkili sülhməramlıların geri çağırılmasını onların İraqda xidmət ilə bağlı müqavilənin müddətinin bitməsi ilə əlaqələndirib: «Azərbaycan sülhməramlıları İraqda 5 ildir xidmət edir və artıq bu il müqavilə başa çatır. Bizə qədər Qazaxıstan, Polşa, Koreya və digər ölkələr də İraqdan hərbi kontingentlərini geri çəkiblər».

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 151 nəfərlik kontingenti 15 avqust 2003-cü il tarixdən Milli Məclisin qərarı əsasında İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərir. Azərbaycan sülhməramlıları ABŞ komandanlığı altında Əl-Haditə şəhəri yaxınlığındakı su anbarını və İraqın 30 faizini elektrik enerjisi ilə təmin edən su elektrik stansiyasını qoruyur.

İraqda xidmət etdiyi 5 il ərzində 1 Azərbaycan sülhməramlısı həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR