Bank Of Baku

Azərbaycanla Türkiyə, Almaniya, ABŞ və Rumıniya arasında imzalanan əməkdaşlıq planlarına uyğun olaraq tədbirlər keçiriləcək

Azərbaycanla Türkiyə, Almaniya, ABŞ və Rumıniya arasında imzalanan əməkdaşlıq planlarına uyğun olaraq tədbirlər keçiriləcək
# 11 noyabr 2008 07:46 (UTC +04:00)
Bakı-APA. Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq İzmir şəhərində iki ölkə arasında mina və minadan qorunma tədbirləri çərçivəsində məlumat mübadiləsi aparılacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir 11-14 noyabr tarixlərində baş tutacaq. 17-21 noyabrda isə İstanbul şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 7 nəfərlik qrupuna Türkiyə Dəniz Qüvvələrinin «Yıldızlar» suüstü təlim mərkəzində yanğın zədələrindən müdafiə təlimi kursunun keçirilməsi nəzərdə tutulub. Bu gün isə Bakıda Azərbaycanla Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Almaniya və Azərbaycan müdafiə nazirlikləri nümayəndələri arasında qərargah danışıqları başlanacaq.
Azərbaycanla ABŞ arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq San-Antonio şəhərində ingilis dili təlimatçıları kursu noyabrın 19-dan start götürəcək. 17-28 noyabrda Azərbaycanla Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq isə Buxarest şəhərində NATO zabitləri üçün hərbi ingilis dili kursu keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR