Bank Of Baku

Xəzər İbrahim: “Ermənistan prezidentinin açıqlamaları Moskva Bəyannaməsinə tam ziddir”

Xəzər İbrahim: “Ermənistan prezidentinin açıqlamaları Moskva Bəyannaməsinə tam ziddir”
# 11 noyabr 2008 09:30 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O bildirib ki, Moskva Bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, bu norma və prinsiplər çərçivəsində qəbul olunmuş qərarlar, sənədlər əsasında həll olunacağı qeyd edilib: “Bütün qərar və sənədlərdə ərazi bütövlüyü prinsipi üstün götürülür. Millətlərin öz müqəddəratını təyin etməsi hüququ da məhz ərazi bütövlüyü prinsipi çərçivəsində göstərilir”. Diplomat Moskva Bəyannaməsində münaqişənin mərhələli yolla həllinin də öz əksini tapdığını söyləyib: “Mərhələlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasından və məcburi köçkünlərin geri dönməsindən sonra Azərbaycan ərazisi çərçivəsində hansısa statusun müəyyən olunmasını nəzərdə tuta bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR