Bank Of Baku

Azərbaycan nümayəndə heyəti “Dialoq Avrasiya” Platforması çərçivəsində Antalyada keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan nümayəndə heyəti “Dialoq Avrasiya” Platforması çərçivəsində Antalyada keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək
# 11 noyabr 2008 09:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Noyabrın 13-dən 17-dək Türkiyənin Antalya şəhərində “Dialoq Avrasiya” Platforması çərçivəsində beynəlxalq tədbir keçiriləcək. Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov APA-ya açıqlamasında tədbirə türkdilli dövlətlər, o cümlədən Rusiya, Ukrayna və Gürcüstandan olan nümayəndə heyətlərinin qatılacağını deyib.

Azərbaycandan isə tədbirdə Prezident Aparatı, Milli Məclis, KİV və QHT təmsilçiləri iştirak edəcəklər.

Şöbə müdirinin sözlərinə görə, Avrasiya ölkələrində ictimai-siyasi münasibətlər, mədəniyyət və dialoq məsələlərinə həsr olunan beynəlxalq konfransda ölkələr arasında mədəni əməkdaşlıq, ictimai-siyasi əlaqələr və xalq diplomatiyası əsas müzakirə mövzusu olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR