Bank Of Baku

Gələn ilin birinci rübündə Bakıda türkdilli ölkələrin dövlət başçılarının sammiti keçiriləcək

Gələn ilin birinci rübündə Bakıda türkdilli ölkələrin dövlət başçılarının sammiti keçiriləcək
# 11 noyabr 2008 11:43 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. 2009-cu ilin birinci rübündə Bakıda türkdilli ölkələrin dövlət başçılarının sammiti keçiriləcək. APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi deyib. O bildirib ki, bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı onun Türkiyə prezidenti Abdulla Güllə görüşündə müzakirə olunub.

Səfir noyabrın 20-21-də İstanbulda türkdilli ölkələrin parlament başçılarının görüşünün keçiriləcəyini, həmin toplantıda türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması barədə gərər qəbul edilə biləcəyini vurğulayıb. Bəzi türkdilli ölkələrin belə bir qurumun yaradılmasını istəmədiyinə dair sualı cavablandıran diplomat istəyənlərin sayının kifayət qədər olduğunu bəyan edib: “Digərləri, güman edirəm, sonra qatıla bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR