Bank Of Baku

Amerikalı senator Bob Korker bu gün Azərbaycana gəlir

Amerikalı senator Bob Korker bu gün Azərbaycana gəlir
# 11 noyabr 2008 11:53 (UTC +04:00)
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iki gün davam edəcək səfərdə məqsəd ikitərəfli münasibətlərin geniş spektri ilə tanış olmaqdır. İlk dəfə Tennesi ştatından Senata seçilən respublikaçı Bob Korker bir sıra yüksək rütbəli hökumət rəsmiləri, həmçinin bir qrup parlament üzvü ilə görüşəcək. Bundan əlavə o, hökumət və özəl şirkət nümayəndələri ilə enerji məsələləri üzrə fikir mübadiləsi aparacaq. Senator Korker Senatın Xarici Əlaqələr Komitəsinin və Enerji və Təbii Ehtiyatlar Komitəsinin üzvüdür. Bakıya səfərini başa vuracaq senator buradan Qazaxıstana yola düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR