Bank Of Baku

İranda yaşayan azərbaycanlı hüquq müdafiəçisi həbs olunub

İranda yaşayan azərbaycanlı hüquq müdafiəçisi həbs olunub
# 11 noyabr 2008 11:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda yaşayan azərbaycanlı hüquq müdafiəçisi, jurnalist Şahnaz Qulami həbs olunub. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, Ş. Qulami bir neçə gün öncə Təbriz İnqilab Məhkəməsi tərəfindən barəsində verilən 6 aylıq həbs-qətimkan tədbiri haqda qərara əsasən noyabrın 9-da saxlanılıb. Jurnalist İrandakı azərbaycanlıların milli hüquqlarının pozulması, təzyiqlər, müəmmalı ölüm halları, 2006-cı ilin mayında İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrlə bağlı yazılarına görə ittiham olunub.

Məhkəmə iddia edib ki, Ş. Qulami yazılarında və hüquq müdafiəçisi kimi fəaliyyətində İranın milli təhlükəsizliyinin əleyhinə olan qüvvələri dəstəkləyib. Jurnalistin vəkili Məhəmmədəli Dadxah isə bildirib ki, Ş. Qulamiyə qarşı irəli sürülən ittihamlar əsassızdır.

Qeyd edək ki, Ş. Qulami siyasi fəaliyyətinə görə 1989-1994-cü illərdə həbsdə olub. 2006-cı ildə “İran” qəzetinin azərbaycanlıları təhqir edən karikaturasına qarşı Təbriz, Urmiya, Marağa, Sulduz, Ərdəbil, Zəncan və başqa şəhərlərdə keçirilən kütləvi etirazlarında fəal iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR